Türkiyə PTT 1-ci Liqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin şərəfini şərəfini qoruduğu "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Samsunspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan hücumçumuz 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" 26 xalla 16-cı pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp