Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liqa) 41-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma meydanda "Porto B" ilə üz-üzə gəlib.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Quluzadənin adı matçın iştirak ərizəsində yer almayıb. 
Qeyd edək ki, "Atletiko" hazırda 39 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp