İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 5-ci  turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb. 
"Qırmızı qardaşlar" doğma azarkeşlər önündə "Haken"lə üz-üzə gəlib. Görüş qonaqların 0:1  hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nuri 90-cı dəqiqədə 2-ci sarı, ardınca qırmızı vərəqə alaraq, oyunu erkən tərk edib.
Qeyd edək ki, "Kalmar" 4 xalla 13-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp