Topaz Premyer Liqasının 31-ci turunda “Qarabağ” evdə “Neftçi” ilə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Futbolinfo.az xəbər verir ki, oyundan sonra ən diqqətçəkən məqam ağdamlıların futbolçusu Bədavi Hüseynovla bağlı olub. 
Belə ki, matçda iştirak edən türkiyəli qonaqların məhz “Qarabağ”ın müdafiəçisinə görə stadiona gəldiyi bildirildi. Bundan sonra isə Hüseynovun adı “Əskişəhərspor” və “Trabzonspor”la birgə hallandı. 
Lakin Trabzon təmsilçisinin icraçı direktoru Köksel Güney saytımıza açıqlamasında bu xəbəri təkzib etdi: “Yox, bu xəbərlər doğru deyil.  Bizim klubdan heç kim Azərbaycana getməyib. Bədavi Hüseynovla da maraqlanmamışıq”.
 
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan 23 yaşlı müdafiəçi 2012-ci ildən Ağdam klubunda çıxış edir.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp