Azərbaycan 1-ci divizionunun 25-ci turunda keçirilən “Şahdağ” – “Zirə” (0-1) görüşündən öncə xeyriyyə aksiyası reallaşıb. Futbolinfo.az xəbər verir ki, “Şahdağ” klubunun təşəbbüsü ilə həyata keçirilən “1 manat” aksiyasının səbəbi Şahbalayev Asim Orxan oğlunun əməliyyatına dəstək olmaqdı. 
“Şahdağ”ın təşəbbüsü ilə reallaşan xeyriyyə aksiyasında futbol ictimaiyyəti fəal iştirak edib. "Şahdağ" – "Zirə" oyunundan öncə Qusar şəhər stadionun girişində qutu quraşdırılıb. Oyun başa çatandan sonra, bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yığılan vəsait sayılıb, aktlaşdırıb.
Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil edib. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.
(pfl.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp