Son günlər ölkə mətbuatında Türkiyə Superliqa təmsilçisi “Əskişəhərspor” klubunun “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovu istədiyi barədə iddialar yayılıb. Əskişəhər təmsilçisinin Muarem Muaremlə birlikdə millimizin müdafiəçisini də heyətinə qatmaq istədiyini bildirilir.
Lakin qardaş ölkə klubunun vitse-prezidenti Ahmet Yalçın futbolinfo.az saytına açıqlamasında bunu təkzib etdi: 
“Biz hələ heç transfer çalışmalarına da başlamamışıq. Kimi heyətə qatacağımız barədə fikrimiz yoxdu. İki həftə sonra yeni futbolçularla maraqlanacağıq. Bədavi Hüseynov adlı futbolçunu heç izləməmişik də. Yəni klubda bu adlı futbolçudan söhbət olmayıb. Əgər olsaydı, biz bunu mətbuatdan gizlətməzdik. Yayılan xəbərlər isə sadəcə şaiyədi”.
Klub rəsmisi Muarem Muaremdən də danışıb: “Muarem Muaremlə maraqlandığımızı Azərbaycan mətbuatına da bildirmişdik. İndi isə vəziyyətin nə yerdə olduğunu bilmirəm. Onun “Qarabağ”la müqaviləsi bitmək üzrədi. Əgər baş məşqçimiz istəsə, bu məsələ yenidən gündəmə gələ bilər”.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp