“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Futbolinfo.az xəbər verir ki, U-14, U-13 və U-12 komandaları AFFA-nın keçirdiyi müvafiq liqalarda final mərhələsində mübarizəni davam etdirib. 
U-14 Liqanın 1/8 final mərhələsində Şirvanın eyniadlı komandası ilə üz-üzə gələn “Qəbələ” hər iki matçda böyükhesablı qələbə qazanıb – 7:0 və 11:0. “Qırmızı-qaralar” 1/4 finalda “Xəzər Lənkəran”la üz-üzə gələcək. U-13 isə 1/4 finalda mübarizəni dayandırıb. Əyalət təmsilçisi “Bakı”ya 0:1 hesabı ilə uduzub, yarımfinalın bir addımlığında dayanıb. 1/8 finalda “Ağsu”nu 5:0 hesabı ilə məğlub edən U-12 növbəti iki rəqibini penaltilər seriyasında keçib. 1/4 finalda qolsuz bitən qarşılaşmadan sonra “Sumqayıt”ı 5:4 hesabı ilə məğlub edən “Qəbələ” 1/2 finalda “Xəzər Lənkəran”dan üstün olub. 2:2 hesabı ilə nəticələnən görüşün taleyini penaltilər seriyasında həll edən “qırmızı-qaralar” finala yüksəlib. Həlledici görüşdə “Qəbələ” “Bakı” ilə qarşılaşacaq. Dairəvi sistemlə keçirilən U-19, U-17, U-16 və U-15 liqalarında növbəti turun qarşılaşmaları keçirilib. 
“Qəbələ”nin U-19 komandası evdə “Bakı”nı 3:2 hesabı ilə məğlub edib. Növbəti turda “Qarabağ”ın qonağı olacaq “qırmızı-qaralar” 26 oyundan 56 xal toplayıb, 2-ci pillədə qərarlaşıb. U-16 səfərdə “Bakı”ya məğlub olub – 2:5. 24 matçda 60 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyununu evdə “Vətən”ə qarşı keçirəcək. Son turda istirahət edən U-15 23 matçda 53 xal qazanıb. 2-ci pillədə yer alan “Qəbələ” növbəti sınağında “Qarabağ”ı qəbul edəcək. U-17 həm çempionat, həm kubok oyununda meydana çıxıb. “Bakı” ilə səfər qarşılaşmasında qolsuz heç-heçə edən qəbələlilər 20 oyunda 54 xal toplayıb. Çempionluğu hələ ötən tur təmin edən “qırmızı-qaralar” növbəti turda “Qarabağ”ı qəbul edəcək. U-17 Kubokunun yarımfinal mərhələsinin cavab oyunları da keçirilib. Evdə keçirilən ilk oyunda “Neftçi”yə 3:2 hesabı ilə qalib gələn “Qəbələ” səfərdə bərabərliyə nail olub – 2:2. Bu nəticədən sonra finala yüksələn komanda həlledici qarşılaşmada “Sumqayıt”ı keçən “Bakı” ilə üz-üzə gələcək.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp