Dünən PTT 1–ci liqası çəçivəsində “Kayserispor” “Osmanlıspor”un qonağı olub. Futbolinfo.az xəbər ki, millimizin qapıçısı Kamran Ağayev bu görüşdə "18-lik"dən kənarda qalıb. 
Buna səbəb qolkiperin oyun öncəsi isinmə hərətəkətlərini yerinə yetirərkən əlindən zədələnməsi olub. Kamranın hansı müddətə sıradan çıxması bu gün keçiriləcək tibbi müayinədən sonra bilinəcək. 
Qeyd edək ki, “Osmanlıspor” – “Kayserispor” qarşılaşmasında hesab açılmayıb. Bu nəticədən sonra “sarı-qırmızılılar” 61 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar. Onlar ən yaxın izləyiciərini 6 xal qabaqlayırlar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp