Nəhayət ki, “Barselona”nın müdafiəçisi Tomas Vermalen meydana çıxmaq üçün tam hazır vəziyyətə gəlib. Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində "Arsenal"dan "Barsa"ya transfer olunduğu vaxtdan bu yana hələ də yeni komandasının heyətində rəsmi matçda debüt etməyən belçikalı haqda Kataloniyanın "Sport" qəzeti şad xəbər yayıb. 
Həkimlər təcrübəli müdafiəçinin mövsümün qalan oyunlarında iştirak etməsi üçün icazə verib. “Barselona”nın yay fasiləsinədək La Liqada 5, Çempionlar Liqasında isə minimum 2 oyunu qalıb.
Xatırladaq ki, futbolçu İspaniyaya gələndən sonra məşqdə sıradan çıxmış və keçirdiyi əməliyyatlardan sonra uzun müddət müalicə almalı olmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp