“Fənərbaxça” rəhbərliyi bir çox səfər matçında yaşanan qalmaqalları nəzərə alaraq, yeni mövsümdən zirehli avtobusdan istifadə etməyi qərara alıb. Futbolinfo.az xəbər verir ki, komandanın avtobusuna daş, taxta və s. alətlərlə edilən hücumlar artıq “sarı-lacivərdlər”i təngə gətirib. Bunun üçün rəhbərlik xüsusi avtobus sifariş verib.
Yeni avtobusun başda şüşələri olmaqla, bir sıra bölgələri zərərli maddələrə qarşı gücləndiriləcək. Eyni zamanda cari mövsümün sonunadək keçiriləcək oyunlarda “Fənərbaxça”nın hazırki avtobusunun içində və çölündəki kameraların sayı artırılıb.
Xatırladaq ki, cari mövsüm “Rizəspor”la səfər matçından sonra İstanbul klubunun avtobusuna silahlı basqın olunmuş və sürücü ağır yaralanmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp