İngiltərədə mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard sözügedən mükafata layiq görülüb. 
Ölkənin Futbol Assosasiyasının rəsmi saytı bu haqda məlumat yayıb. İngiltərə  klubları arasındakı sorğu nəticəsində bütün rəqiblərini qabaqlayan Hazard cari mövsümdə 34 matçda meydana çıxıb. Belçikalı 13 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
24 yaşlı yarımmüdafiəçi mükafatla bağlı bu sözləri deyib: “Bir gün ən yaxşı futbolçu olmaq istəyirəm. Bu mövsüm yaxşı oynamağa çalışdım. Bu mükafata layiq olmağım barədə bir söz deyə bilmərəm. Amma çox sevindiyim bəllidi. Səsvermədə futbolçuların iştirak etməsi yaxşıdı. Çünki onlar futbol barədə hər şeyi bilirlər. Mövsümə Premyer Liqanın ən yaxşı futbolçusu olmaq üçün başlamamışdım. Lakin beynimdə bu vardı. Gələcəkdə daha çox mükafatlar qazanmaq istəyirəm".
Qeyd edək ki, mövsümün ən yaxşı gənc futbolçu nominasiyası üzrə isə "Tottenhem"in forvardı Harri Keyn qalib olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp