Milan “İnter”i əfsanəvi kapitanı Xavyer Zanettinin forma nömrəsini rəsmən əbədiləşdirib. Futbolinfo.az xəbər verir ki, bununla bağlı klub prezidenti Erik Tohir məlumat verib: 
“Bundan sonra “İnter”də heç kim 4 nömrəli formanı geyinə bilməyəcək. Çünki bu nömrə əbədi olaraq Zanettiyə aiddi”.
Qeyd edək ki, hazırda “İnter”də vitse-prezident vəzifəsində çalışan Xavyer Zanetti 1995-2014-cü illər ərzində İtaliya nəhənginin uğurları üçün tər töküb. O, “göy-qara” forma ilə 16 titul qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp