“Xəzər Lənkəran” baxışa gələn ukraynalı müdafiəçi Andrey Saxneviç haqqında qərar verilib. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşçqisi Elbrus Məmmədov futbolçudan razıdı.
 
Lakin onunla müqavilə bağlanması üçün cənublular İdman Arbitraj Məhkəməsinin (CAS) FİFA-nın kluba verdiyi “transfer qadağası” cəzasını ləğv etməsini gözləməlidi.  CAS-ın isə bu məsələ ilə bağlı son qərarı bu həftəsonu bəlli olacaq. 
Əgər qərar “Xəzər Lənkəran”ın leyhinə olarsa, futbolçu ilə elə bu həftəsonu müqavilə bağlanılacaq və mövsümün son 3 turunda Elbrus Məmmədov ondan istifadə edəcək. Əks-halda isə Saxneviç avqustun 31-ni gözləməlidi. “Transfer pəncərəsi” bağlandıqdan sonra cənublular bu futbolçunu heyətə qata bilər.
Qeyd edək ki, 182 sm boya malik olan Andrey Saxneviç 2005-2009-cu illər aralığında müvafiq olaraq, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub. O, 2013-2014-cü illərdə Zaporojye "Metallurq"unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp