Türkiyə Superliqasının son turunda “Qalatasaray” doğma arenada “Qazientepspor”u 1:0 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, həmin matçda ev sahibi komandanın azarkeşləri stadionda maraqlı plakat açıblar. 
"Sarı-qırmızılı" fanatlar komandalarının sabiq baş məşqçisi Mustafa Dənizli və ölkənin məşhur idman yazarlarından olan Şansal Büyükanın “LİG TV” telekanalındakı çıxışlarına etiraz olaraq üzərində “Dənizli və Şansal “Fənərbaxça” üçün yayıma” yazılı plakatla onlara sərt mesaj göndəriblər. 
Dənizli isə azarkeşlərin bu hərəkətinə təəssüfləndiyini bildirib: “Həmin plakat mənim üçün gözlənilməz oldu. Futbolda iki böyük yuvam var. Biz “Altay”, biri də “Qalatasaray”. Biri məni “Böyük Mustafa”, biri də Mustafa Dənizli etdi. Bunun səbəbi “Cim-Bom” camiəsinin mənə duyduğu sevgidir. Həqiqətən onların etdikləri içimi yandırdı. Məni hər kəs tanıyır. İki mövsümdü ki, həmin televiziyada işləyirəm. Orda nə demişəmsə, sözlərimin arxasındayam”.
 
Qeyd edək ki, 64 yaşlı mütəxəsiss 2013/14 mövsümünün sonu “Xəzər Lənkəran”la yollarını ayırıb. O, 1987-1989 və 1990-1992 mövsümlərində isə “Qalatasaray”da baş məşqçi işləyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp