"Mançester Yunayted"in kapitanı Ueyn Runi zədələnib. Futbolinfo.az xəbər verir ki, forvard İngiltərə Premyer Liqasının 34-cü turundakı "Everton"la oyunda xəsarət alıb. 
Belə ki, matçın 88-ci dəqiqədə sıradan çıxan ingilis hücumçu Robin van Persi ilə əvəzlənib. Runinin bu mövsümü erkən başa vurma ehtimalı olduğu bildirilir.
Komandanın baş məşqçisi baş məşqçisi Lui van Qal matçdan sonra oyunçunun son durumu ilə bağlı danışıb: "Runi dizindən zədə alıb. Onun zədəsinin nə qədər ciddi olduğu tibbi müayinədən sonra müəyyənləşəcək".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp