“Çelsi”nin baş məşqçisi Joze Mourinyo növbəti dəfə iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, portuqal çalışdırıcı futbolçusu Eden Hazardın “Real”ın hədəfində olması xəbərinə münasibət bildirib: 
"Hazardın "Real"a gedəcəyinə görə narahat deyiləm. Əgər almaq istəsələr, bunu ilk bilən mən olacam. Çünki "Real" rəhbərliyi ilə münasibətim elədi ki, arxamdan iş çevirəcəklərini güman etmirəm. Əgər Hazardı istəyirlərsə, mənə zəng edib, xəbər verməlidilər. Florentino Peres və vitse-prezident Sançeslə münasibətim belədi. Onun qiyməti isə belədi: 100 milyon funt və "Real"ın 3 güclü futbolçusundan biri. Hazardın hər bir ayağına görə 100 milyon ödəmək lazımdı. Çünki Hazard hələ çox gəncdi".
Qeyd edək ki, Belçika millisinin üzvü  2012-ci ildə 40 milyon avro qarşılığında “Lill”dən (Fransa) transfer edilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp