"İnter"in gələcək fəaliyyəti sual alıtndadı. Klubun himayədarı Cahangir Hacıyevin Beynəlxalq Bankdan istefasından sonra klubun yaşayıb-yaşamayacağı da bilinmir.
Məsələ burasındadı ki, klubda çalışanlar da “bankirlər”in aqibətinin necə olacağını bilmirlər. Hələlik suallar cavabsız olaraq qalıb. Bu durğunluq vaxtında isə heç də hamının gözləməyə səbri çatmır.
Əldə etdiyimiz məlumata görə, Bakı klubunda artıq yarpaq tökümü başlayıb. Ötən ilin sonlarında paytaxt klubunda vitse-prezident kimi fəaliyyətə başlayan Roland Vromans artıq vətəninə yollanıb. Mənbə bildirir ki, hollandiyalı “İnter”in gələcəyinin müsbətə doğru dəyişəcəyinə inanmır. Bu səbəbdən də o, çemodanını götürərək, Azərbaycanı tərk edib.
Bundan başqa paytaxt klubunun baş məşqiçisi Kaxaber Sxadadzenin xələfi kimi Bakıya gətirilən Marino Puşiç də komandadan ayrılıb. O da artıq vətəni Bosniya və Hersoqovinaya gedib.
Klubun mətbuat xidmətindən hər iki şəxsin Bakıda olmadığını təsdiqləsələr də, komandadan ayrılmaqlarına dair xəbərə bir qədər ehtiyatla yanaşdılar. Belə ki, hər iki şəxsin “İnter”lə müqaviləsi olduğundan Vromansla Puşiçin geri qayıdacağını düşünürlər. Maraqlıdı ki, onların Bakını nə üçün tərk etdiyinə cavab tapa bilmədik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp