Aprelin 25-də Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, turun mərkəzi oyunu “Bakcell Arena”da “Qarabağ” və “Neftçi” arasında baş tutdu. Matç nominal meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatdı. 
Bununla da, ağdamlıların bu rəqibi ilə ölkə çempionatı çərçivəsində keçirilən qarşılaşmalarda məğlubiyyətsiz oyunlar seriyası 8-ə çatdı.  
(28.09.2013)    “Neftçi” – “Qarabağ” – 0:0    
(08.12.2013)    “Qarabağ” – ”Neftçi” – 3:1    
(28.02.2014)    “Neftçi” –  “Qarabağ” – 1:4    
(27.04.2014)    “Qarabağ” – “Neftçi” –  1:1    
(27.09.2014)    “Neftçi” – “Qarabağ” – 1:3    
(07.12.2014)    “Qarabağ” – “Neftçi”- 0:0           
(19.02.2015)    “Neftçi” –  “Qarabağ” – 0:1    
(25.04.2014)    “Qarabağ” – “Neftçi” – 3:2
Statistikaya nəzər salsaq, görərik ki, "atlılar”ın bu 8 oyunluq seriyası “ağ-qaralar”a qarşı heç də ən uzunmüddətli məğlubiyyətsizliyi deyil. Belə ki, “Qarabağ” bu rəqibinə qarşı indiyədək 2 dəfə 9 oyunluq məğlubiyyətsizlik seriyası var. Bu, ilk dəfə 1996-99-cu illər aralığında yaşanıb. Həmin vaxt Ağdam təmsilçisi 4 qələbə qazanıb, 5 görüşdə isə bərabərlik qeydə alınıb.  Məğlubiyyətsizlik seriyası 1268 gün çəkib:
(12.06.1996)    “Neftçi” – “Qarabağ” – 2:2    
(11.12.1996)    “Neftçi” – “Qarabağ” – 0:0    
(17.05.1997)    “Qarabağ” – “Neftçi” – 2:1    
(22.11.1997)    “Qarabağ” – “Neftçi” – 1:0      
(02.05.1998)    “Neftçi” – “Qarabağ” – 1:1    
(23.09.1998)    “Qarabağ” – “Neftçi” – 1:0    
(30.01.1999)    “Neftçi” – “Qarabağ” – 0:0    
(24.04.1999)    “Qarabağ” – “Neftçi” 1:0    
(15.05.1999)    “Neftçi” – “Qarabağ” – 0:0  
 
(04.11.1999)    “Neftçi” – ”Qarabağ” – 2:0  
 
İkinci belə hal isə 2007-10-cu illər aralığında baş verib. Bu müddətdə əyalət təmsilçisi 3 görüşdən qələbə ilə ayrılıb. Qalan 6 matçda isə tərəflər meydandan sülhlə ayrılıblar. Məğlubiyyətsizlik seriyasının  ömrü əvvəlkinə nisbətən az olub – 1098 gün. 
(25.11.2007)    “Neftçi” – “Qarabağ” – 0:0    
(17.05.2008)    “Qarabağ”  – “Neftçi” – 0:0    
(08.11.2008)    “Qarabağ” – “Neftçi” – 1:1    
(26.04.2009)    “Neftçi” –  “Qarabağ” – 0:1     
(18.10.2009)    “Qarabağ” –  “Neftçi” – 1:0    
(03.02.2010)    “Neftçi” – “Qarabağ” – 0:0    
(10.04.2010)    “Qarabağ”- “Neftçi” – 2:0    
(15.05.2010)    “Neftçi” – “Qarabağ” – 0:0 
(08.08.2010)    “Neftçi” – “Qarabağ” – 1:1 

(28.11.2010)    “Qarabağ” – “Neftçi” -0:1 
“Neftçi”də isə “Qarabağ”a qarşı ən uzunmüddətli məğlubiyyətsizlik seriyası 7 oyundan ibartədi. Bu da 2 dəfə qeydə alınıb. İlk dəfə bu hal 1994-97-ci illər aralığında yaşanıb. Həmin dövrdə flaqman 2 görüşdə qalib gəlib, 5 matçda isə meydandan 1 xalla ayrılmağa müvəffəq olub. Seriyanın müddəti 987 gün davam edib. 
(02.10.1994)    “Neftçi” – “Qarabağ” – 3:2    
(12.02.1995)    “Qarabağ” – “Neftçi” – 0:0    
(17.09.1995)    “Neftçi” – “Qarabağ” – 2:2    
(06.03.1996)    “Qarabağ” – “Neftçi” – 1:1    
(04.05.1996)    “Qarabağ”  – “Neftçi” – 1:2      
(12.06.1996)    “Neftçi” – “Qarabağ” – 2:2    
(11.12.1996)    “Neftçi” – “Qarabağ” – 0:0    
(17.05.1997)    “Qarabağ” – “Neftçi” – 2:1
    
2-ci məğlubiyyətsizlik seriyası isə 2005-09-cu illər aralığında baş tutub. 1342 gün rəqibinə məğlub olmayan “ağ-qaralar”, bu zaman kəsiyində 2 dəfə qalib gəlib 5 dəfə isə meydandan 1 xalla ayrılıb:
(22.08.2005)    “Qarabağ”  – “Neftçi” – 2:2
(16.02.2006)    “Neftçi” – “Qarabağ” – 2:0
(18.09.2006)    “Neftçi” – “Qarabağ” – 0:0
(27.04.2007)    “Qarabağ” – “Neftçi” – 0:2
(25.11.2007)    “Neftçi” – “Qarabağ” – 0:0
(17.05.2008)    “Qarabağ” – “Neftçi” – 0:0
(08.11.2008)    “Qarabağ” – “Neftçi” – 1:1
(26.04.2009)    “Neftçi” – “Qarabağ” 0:1
ELMAR ABDULA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp