"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında sabiq klubu “Barselona”ya qarşı keçirəcəkləri oyun barədə danışıb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu qarşılaşmada ən vacib tapşırığın Lionel Messini zərərsizləşdirmək olduğunu bildirib: 
"Onun oyunundan həzz alırdım. Amma indi zərər çəkə bilərəm. Biz müdafiə planında ən yaxşı variantı seçməliyik ki, onu neytrallaşdıra bilək. Mən "Bavariya"nın baş məşqçisi olduğum üçün əvvəllər "Barelona"da işləməyimə minnətdar olmalıyam. Və mən Münhendə xoşbəxtəm".
Qeyd edək ki, "Barselona" ilə "Bavariya" arasında ilk qarşılaşma mayın 5-də İspaniyada keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp