Ötən gün Türkiyə PTT 1-ci Liqasının 29-cu turu çərçivəsində "Osmanlıspor"un qonağı olan "Kayserispor" qolsuz bərabərliklə razılaşıb. Futbolinfo.az xəbər verir ki, heyətində son dəqiqədə dəyişiklik edilib. 
Belə ki, oyundan əvvəl isinmə hərəkətləri edərkən zədə alan millimizin üzvü Kamran Ağayev son anda heyətdən kənarlaşdırılıb. Klub qapıçımızın vəziyyətini açıqlayaraq, onun sol əlinin 4 və 5-ci barmağından zədələndiyini, son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcəyini elan etmişdi.
Artıq Kamranın durumuna aydınlıq gəlib. Məlum olub ki, qolkiperin bir barmağı qırılıb, biri isə çıхıb. Onun nə vaхt sağalacağı məlum deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp