“Arsenal”ın keçmiş kapitanı, hazırda “Qəbələ”də futbol direktoru vəzifəsində çalışan Toni Adams buradakı vəzifəsindən olduqca məmnundu. Futbolinfo.az xəbər verir ki, o, yaxın gələcəkdə Qəbələ təmsilçisinin Avropada adlı-sanlı bir klub olacağına inanır.
Məşhur  “goal.com”a danışan ingiltərəli mütəxəssis baş məşqçiliyə dönməkdə tələsmədiyini bildirib: "Bir futbol direktoru olaraq klubda futbolla əlaqədar hər mövzuda tam nəzarət sahibiyəm. "Qəbələ”də keçirdiyim beş ildə İngiltərənin ən böyük dörd liqasındakı hər məşqçi, Arsen Venger istisna olmaqla, işini itirdi. Buna görə riskli məşqçilik karyerasına dönmək üçün tələsmirəm. Burada üç illik müqaviləm var və bu müddətdə işimə bağlanmaq istəyirəm. Yanvarda Türkiyədəki düşərgədə komandaya olduqca yaxın dayandım. Çünki yeni baş məşqçimizi analiz etmək və “transfer pəncərtəsi”ni yaxından təqib etmək istəyirdim. Fevral və mart aylarında isə klubun bütün yaş kateqoriyalarını ən az bir dəfə izlədim və bizim aşağı yaş qruplardan məsul direktorumuz Stenli Brard dəstək verdim. Mayda komandanın mövsümü bitirməsini təqib edəcəm və yeni oyunçular üçün hazırlıq görəcəm".
 
Adams Bakı-2015 Avropa Oyunlarını da ölkə futbolunun xaricdə məşhurlaşması baxımından üstünlük sayıb: “Bu yay Avropa Oyunları səbəbiylə bütün qitənin gözü Azərbaycanın üzərində olacaq. Yalnız ötən dörd il içində diqqət böyük dəyişikliklərə şahid oldum. Bütün komandalar – “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, “İnter” – peşəkar səviyyədə baza yaratdılar. Ən yaxşı təlim məşq bazası isə "Qəbələ"ninkidi. Böyüyürük, meydanlarımız da möhtəşəmdi. Bu qədər qısa müddətdə bu cür inkişaf bir az da qorxuducudu. Avropaya girdik, Avropa Liqasının seçmə mərhələsindəyik. Burada futbol çox böyük bir gücə sahibdi və məncə getdikcə bütün ölkəyə yayılacaq".
Qeyd edək ki, böyük “Arsenal” karyerasına 4 çempionluq sığdıran Adams 2010-ci ildə “Qəbələ”də baş məşqçi kimi işləməyə başlayıb. 48 yaşlı mütəxəssi 2011-ci ilin noyabrında isə postundan ayrılıb və klubda futbol direktoru kimi fəaliyyətə başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp