2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Futbolinfo.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb. 
Belə ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80000-ci üzvü AFFA-nın həyata keçirdiyi “Coca-Cola Məktəbli Kuboku” turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdu.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp