Dortmund "Borussiya"sı "Mançester Siti"nin hücumçusu Edin Dzekonu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb. 
Klub bosniyalının müqabilində türk əsilli İlkay Gündoğanı qarşı tərəfə göndərməyə hazırdı.  Əgər "şəhərlilər" bu təklifi qəbul etməsə, "Borussiya" Cekoya görə 24 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Dzeko cari mövsümdə 32 matçda meydana çıxıb və 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: