Bu ilin əvvəlində avtomobil qəzasında dünyasını dəyişən “Volfsburq”un yarımmüdafiəçisi Jinyor Malandının atası oğlunun ölümü haqda ortaya yeni iddia atıb. O, ölümün qəza yox, cinayət olduğunu söyləyib. Ata Maland açıqlamasında bunları dilə gətirib:
 
“Futbol dünyası bataqlıqdı. Mətbuat oğlumun qəzada vəfat etdiyini dəfələrlə yazıb. Onun ölümünə səbəb olaraq agenti göstərilib. Həmin agent ki, oğluma yaxşı vədlər verərək ailəsindən ayırdı. Agentlər futbolçuya gəlir mənbəyi kimi baxırlar. Onların gözündə futbolçular milyonlarla dollar deməkdi. Ona görə də agentlər adətən gənc futbolçuların əhatəsində dolaşırlar. Onların yeganə məqsədi futbolçuların hesabına yaxşı pul qazanmaqdı”.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp