Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində mayın 2-də “Qarabağ”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran”la səfərdə keçirilən 31-ci turun oyununun (1:0) ertəsi günü Bakıda məşq edib, Qəbələyə qayıdan "qırmızı-qaralar" ötən gün çalışmalarını doğma meydanda bərpa edib. 
Bir günlük istirahət edən komandanın hazırlıqlarına fizioterapiya kursu keçən Dodo qatılmayıb. Braziliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri oyunadək hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.
Qeyd edək ki, mayın 2-də Qəbələdə keçiriləcək “Qarabağ”la qarşılaşma saat 19:00-da başlayacaq.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp