Türkiyə PTT 1-ci Liqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu "Altınotdu" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Orduspor"la üz-üzə gəlib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən yarımmüdafiəçimiz isə 54-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Altınordu" 44 xalla 8-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp