Türkiyə kubokunun yarımfinal mərhələsində keçirilən "Bursaspor" – "Fənərbaxça" (1:2) matçından öncə qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, azarkeşlər qonaq komandanın avtobusuna hücum çəkiblər. 
Fanatlar "sarı-lacivərdli" futbolçularını daşıyan avtobusa fişəng və butulkalar atıblar. Polislərin müdaxiləsindən sonra hadisədə xəsarət alan olmayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi aprelin 4-də “Rizəspor”la matçdan sonra avtobusla Trabzon Hava Limanına gedərkən yolda slahlı basqına məruz qalmışdılar. Hücum zamanı futbolçulardan xəsarət alan olmasa da, avtobusun sürücüsü yaralanmışdı. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp