Almaniya kubokunun yarımfinal matçı “Bavariya”ya baha başa gəlib. Futbolinfo.az xəbər verir ki, Dortmund "Borussiya"sına uduzaraq, mübarizəni dayandıran "pivəçilər”in 3 aparıcı futbolçusu da sıradan çıxıb. 
Klubun rəsmi saytından verilən məlumata görə, zədədən yenicə qayıdan Aryen Robben 64-cü dəqiqədə meydana daxil olub, amma 17 dəqiqə sonra oyundan çıxıb. Həkimlər hollandiyalı futbolçuda baldır əzələsinin dartılmasından şübhələnirlər. 117-ci dəqiqədə isə Robert Levandovski "Borussiya"nın qolkiperi ilə toqquşandan sonra yerdə qalıb. Polşalı hücumçunun beyin silkələnməsi keçirdiyi bildirilir. Bundan başqa, Tiaqo Alkantaranın ayağına güclü zərbə olub. Bu səbəbdən onu oyun zamanı əvəzləmək məcburiyyətində qalıb.
Bu gün hər 3 futbolçunun zədəsinin dərəcəsi müəyyənləşəcək. Ancaq Robbenin "Barselona" ilə Çempionlar Liqasının yarımfinalındakı ilk oyunu buraxacağın dəqiq olduğu deyilir.
Qeyd edək ki, "Bavariya" mayın 6-da "Nou Kamp"da "Barselona" ilə üz-üzə gələcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp