“Uotford”un ardınca bu mövsüm İngiltərə Premyer Liqasına vəsiqə qazanan 2-ci komandanın adı da məlum olub. Bu, "Bornmut" klubudu. İki mövsüm əvvəl 1-ci liqadan Çempioşipə yüksələn klub, 1899-cu ildə yaranmasına baxmayaraq, ilk dəfə İngiltərənin ən üst liqasında oynamaq şansı əldə edib. 
İngiltərənin 2-ci liqasının 45-ci turunda “Bolton”u 3:0 hesabı ilə məğlub edib, 3-cü yerdəki “Midlsbro”nu 3 xal və +19 top fərqi ilə üstələyən "Bornmut", son tura 2-ci yerdə daxil olub. Düzdü, komanda riyazi olaraq elitaya vəsqiəni rəsmiləşdirməsə də, 3-cü pillənin sahibi “Midlsbro”nun  bu top fərqini aradan qaldıracağı inandırıcı görünmür.
bournemouth 504WOAFRY - Futbolinfo.az
Mümkünsüzü bacaran komanda, son 20 ildə bir neçə dəfə maliyyə problemləri ilə üzləşib. İlk dəfə 1997-ci ildə müflis olmaq təhlükəsi ilə üz-üzə qalan “qırmızı-qaralar” təmsil etdkləri şəhərin bir neçə yerində pul yığmaq üçün daxıl qoyub, əhaliən kömək istəmişdi. Azarkeşlər bu çağrışı cavabsız qoymayaraq, topladığı pullarlarla komandanı müflis olmaqdan xilas edə bildilər. Üstəlik hazırda komandada menecer köməkçisi kimi çalışan Ceyson Tindol həmin pulla transfer edilən ilk futbolçu olmuşdu. 
bournemouth 502GBLEIK - Futbolinfo.az
"Bornmut" 2008-ci ildə növbəti dəfə müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Komanda, yox olmaq təhlükəsi yaşadığı zamanda son 5 dəqiqədə hazırkı klub başçısı Ceff Mostunun ödədiyi 100 min funt-sterlinqlik kömək edərək, növbəti dəfə klubun dağılmasının qarşısını aldı. Matçlarını 11,700 nəfərlik “Goldsands” stadionunda keçirən “gilaslar” bir il sonra İngiltərənin sayca 3-cü liqası sayılan Liqa 2-yə -17 xalla başlamaq məcburiyyətində qaldı. Buna baxmayaraq, komanda həmin mövsüm son turda liqada qalmağı bacara bildi. Yalnız iki mövsüm əvvəl Çempionşipə yüksələn “qırmızı-qaralar”ın çətin dövrlərində forma geyinən futbolçusu və indi komandaya baş məşqçilik edən 37 yaşlı Eddi Hoy, “gilaslar”ı Premyer Liqaya çıxarmaqla xəyalları gerçəkləşdirməyə müvəffəq oldu.
bournemouth 500JKEDMF - Futbolinfo.az
2011-ci ildə “qırmızı-qaralar”ın əvvəlki sahibi Edi Mitçel, rusiyalı milyarder Maksim Denimi komandaya ortaq etdi. 2013 isə klub səhimlərinin özünə və həyat yoldaşına aid 50 faizlik hissəsini də Denim'e satdı. Rus iş adamı, digər klub başçılarından fərqli olaraq, matçları stadiondan çox izləməsə də, etdiyi yatırımlarla bəzi transferlər həyata keçirdi.
- Futbolinfo.az
Mövsümün əvvəlində “Koventri”dən Kallum Uilsonu klub üçün rekord sayılacaq qiymətə – 3 milyon funt-sterlinqə heyətinə qatan "Bornmut", bunun qarşılığını ala bildi. Uilson, vurduğu 23 qolla komandasının 125 illik yuxusunu reallaşdırmasında böyük pay sahibi oldu. “Gilaslar” həmçinin özünə aid bəzi rekordları da yenilədi. Cənublular tarixi ərzində ən məhsuldar mövsümünü keçirdilər. Bundan əlavə, onlar bir mövsümdə ən çox səfər qələbəsi əldə edib, rəqib meydanında ən çox qol vuran komanda olmaq şərəfinə nail oldular. Həmçinin onlar liqanı ən yaxşı yerdə tamamladılar və ən vacibi tarixlərində ilk dəfə Premyer Liqaya yüksələ bildilər. 
bournemouth 503EIUUNT - Futbolinfo.az
2013-cü ilin iyulundakı maliyyə hesabaında 15.5 milyon funt-sterlinq zərərlə yadda qalan "Bornmut" son hesabatda isə mövsümü 5.1 milyon gəlirlə bitirdiyini açıqladı. Düzdü, bu, Premier Liqa nəhənglərindən “Mançester Yunayted”in bu mövsümki 271 milyon funtluq gəlirinin yanında, çox gülünc bir rəqəmdi. Klub gələn mövsüm liqada qalacağına da ümidli. Çünki yeni mövsümdə Premyer Liqaya yüksəlməyə görə ödəniləcək 100-120 milyon funtluq yardım “qırmızı-qaralar”ın yeni investisiyalar edə biləcək, hətta klub üçün rekord sayılacaq yeni transferlərə imza atacaq qədər gücləndirəcək. İndi isə "Bornmut"u yeni hekayələr gözləyir.
Hazırladı: ELMAR ABDULLA-ZADƏ
Shares: