Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Artur Masuaku karyerasını İtaliyada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, "İnter" 21 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
İtaliya mətbuatının yazdığına görə, milanlılar gənc fransalı ilə yaxından maraqlanır. Mənbədə qeyd olunur ki, hətta klubun idman direktoru Pyero Ausilio onu canlı izləmək üçün Yunanıstana yollanıb. 
 
Qeyd edək ki. Fransanın gəclərdən ibarət milli komandalarının da formasını geyinən sol cinah müdafiəçisi cari mövsümün əvvəlindən "Olimpiakos"da çıxış edir.
Shares: