Türkiyə PTT 1-ci Liqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxıb.
"Sarı-qırmızılar" səfərdə digər azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor"la qarşılaşıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Zədəli olduğu üçün qolkipermizin adı matçın iştirak ərizəsinə salınmayıb. Oyuna start heyətdə başlayan Məhərrəmov isə 90+1-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kayserispor" 62 xalla 1-ci, adanalılar isə 36 xalla 14-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp