Türkiyə PTT 1-ci Liqasında 30-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti oyununa çıxıb. 
Bolu təmsilçisi səfərdə "Antalyaspor"la üz-üzə gəlib. Oyunda futbolçumuz 88-ci dəqiqədə meydana çıxıb. Görüş isə 1:1 hesablı  bərabərliklə başa çatıb. 
Qeyd edək ki, "Boluspor" 36 xalla 13-cü pillədə qərarlaşıb.
 
Shares: