Xorvatiya çempionatının elitasında (1. NHL) 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" da növbəti matçına çıxıb.
Split təmsilçisi doğma arenada Zaqreb "Lokomotiv"i ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur olduğu kimi bu dəfə də futbolçumuzun adı oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Hayduk" 43 xalla turnir cədvəlinin 3-cü pilləsində irəliləyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp