"Mançester Yunayted"in aparaıcı futbolçusu Ueyn Runini cari mövsüm bir daha meydanda görməyə bilərik. Futbolinfo.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 34-cü turunda "Everton"a 0:3 hesabı ilə məğlub olduqları görüşdə aldığı zədəyə görə mövsümü erkən bitirə bilər.
Təcrübəli hücumçu bazar ertəsi ilkin müayinədən keçib və onun diz bağlarında qopma aşkarlanıb. Runi təkrar müayinədən keçməli olacaq. Əgər əlavə testlər də bu diaqnozu təsdiq etsə, onda 29 yaşlı futbolçu bir aydan artıq yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Runi bu mövsüm Premyer Liqada keçirdiyi 30 matçda 12 qol vurub və 5 qol ötürülməsi verib.
Shares: