Türkiyə PTT 1-ci Liqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" da növbəti oyununa çıxıb.
Adıçəkilən komanda doğma arenada "Bucaspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Budak isə 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" 40 xalla 10-cu pillədə qərarlaşıb.