İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.
"Qırmızı qardaşlar" səfərdə " Elfsborg"la üz-üzə gəlib. Görüş qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ötən tur qırmızı vərəqə ilə cəzalandırılan Nuri bu matçda komandasına kömək edə bilmyib.
Qeyd edək ki, "Kalmar" 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.