İspaniyanın “Malaqa” klubu ötən yay “Qalatasaray”dan icarəyə götürtdüyü Nordin Amrabatın transfer hüququnu əldə edib. Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi bunun müqabilində “Cim-Bom”a 3,5 milyon avro ödəyəcək. 
Əndəluslular bu məbləğin 50 faizini nəğd, yarısını isə kreditlə ödəyəcək. Hər fürsətdə La Liqada oynamaqdan şad olduğunu ifadə edən Amrabat da bu müqaviləyə görə çox sevinib. 
Xatırladaq ki, “Qalatasaray” Nordini 2012/13 mövsümünün əvvəlində 8.5 milyon avro qarşılığında digər Türkiyə klubu “Kayserispor”dan transfer etmişdi.
Shares: