Milli komandamızın və Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun qapıçısı Emil Balayevin futbolinfo.az saytına müsahibəsi:
– “Ayntraxt”ın heyətində yoxlama oyununa çıxdız və Verbandsliqa təmsilçisi “Darmştadt” üzərində 4:1 hesablı qələbə qazandız. Matç sizin üçün necə alındı?
– Yaxşı oldu. Birinci hissədə rəqibin elə də qol imkanları olmadı. Amma ikinci hissədə komandamı qoldan xilas etdim, təkbətək epizodda rəqib hücumçu ilə dueldən qalib ayrıldım.

– Komandada sənə qarşı münasibət necədi?
– Heç kimlə şəxsi söhbət etməmişəm. Amma ümumi ab-havadan bilirəm ki, hər şey yaxşıdı.

– Məqçilər sənə güvənirlər?
– Mənə qarşı münasibətdən hiss edirəm ki, onlar mənə ümid bəsləyir. Yəqin ki, qarşıdakı vaxtlarda daha yaxşı olacaq.

– Almaniya mətbuatında çıxan xəbərlərə görə “Ayntraxt” yeni qapıçı axtarır…
– Bu barədə məlumatım yoxdu. Klubda belə söz-söhbət olmayıb. Sadəcə, yerli mətbuatda oxuduğum bəzi məlumatlar var idi. Deyirdilər ki, “Ayntraxt”ın 2-ci Bundesliqadakı komandasına çıxış edən qapıçı əsas komandaya gələcək. Amma məşqçilər bunu təkzib etdilər və bildirdilər ki, belə bir şey müzakirə mövzusu deyil.

– Sizin komandada ikinci qapıçı olmaq üçün şansınız nə qədərdi? Bu mövsüm bitir, növbəti mövsümə ümidiniz var?
– Onu deyə bilmərəm ki, mən futbolçuyam və çalışıram şanslarımdan istifadə edim. Çalışıram, məqş edirəm. Mənə güvənənlərin ümidini doğrultmaq istəyirəm.

– Almaniyada Azərbaycan çempionatını iziləyə bilirsiz?
– Bəli. Bəzi oyunlara internet vasitəsilə baxıram.
– Son turda baş tutan “Qarabağ” – “Neftçi” (3:2) oyununu izlədinizmi?
– Əlbəttə ki, izlədim. Həqiqətən çox maraqlı oyun oldu. Hər iki komanda sürətli oyuna üstünlük verdi və qarşılaşma maraqlı alındı. “Qarabağ” 2:0 öndə olsa da, “Neftçi” özündə güc tapdı, hesabı bərabərləşdirdi. Lakin sonda yenə sevinən tərəf çempionatın lideri oldu. Belə oyunlar hər zaman olsa, yaxşı olar. Azarkeşlər də çox yaxşı idilər.

– Sabiq komandanız “Neftçi”nin bu mövsümki çıxışı sizi qane edir?
– “Neftçi” həmişə yüksək pillələrdə olmağa layiq komanda olub. Bu mövsüm də nəticələr pis deyil. Çempionatda 3-cü pillələdi və kubokun finalına vəsiqə qazanıb. Amma bir komanda həmişə sabit oyun göstərə bilməz. İnanıram ki, “Neftçi” daha da yaxşı oynayacaq.

– Milli komandamızın iyunun 7-si Serbiya və 12-də Norveçlə qarşılaşacaq. Bu oyunlarda nəticə qazanmağımız mümkündü?
– Komandamız Malta ilə yaxşı oyun göstərdi və qələbə qazandı. Bu uğurun davamını gətirmək lazımdı. Təbii ki, Serbiya ilə də, Norveçlə də çətin olacaq. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.

– Son zamanlarda Səlahət Ağaayev, Kamran Ağayev və Andrey Popoviç yaxşı formadadı. Bu 3 qapıçının formada olması, sizin milliyə dəvət almağınıza mane olacaqmı?
– Millidə oynamaq hər zaman qürurlu və şərəflidi. Əgər qarşıdakı oyunlar üçün heyətə dəvət almasam, buna üzülməyəcəm. Məşqçinin seçiminə hörmətlə yanaşacam və daha da yaxşı hazırlaşacam ki, növbəti dəfə dəvət alım.

AĞA