İngiltərə futbol tarixində böyük yeri olan Federasiya Kuboku artıq tarix olur. Futbolinfo.az xəbər verir ki, gələn mövsümdən etibarən 144 illik turnirin adı  dəyişdiriləcək. 
2015/16 mövsümündən etibarən Federasiya Kuboku "Emirates Kuboku" adlandırılacaq. Buna səbəb “Emirates Airlines" şirkəti və İngiltərə Futbol Federasiyası arasındakı anlaşmadı. Tərəflər ad hüquqlarının satılmasıyla bağlı 3 illik müqavilə imzalayıb. Anlaşmanın illik dəyəri 10 milyon funt-sterlinqdi.
Tərəflər arasındakı bu anlaşma 30 maydakı Federasiya Kubokunun final oyunundan öncə rəsmən açıqlanacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp