Mövsümə yaxşı başlasa da, son həftələrdə sürətlə enişə keçən Marsel “Olimpik”i baş məşqçi Marselo Bilesa ilə yollarını ayırmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Fransa təmsilçisi artıq yeni çalışdırıcısını da tapıb. 
Belə ki, fransalıların hədəfindəki yeni mütəxəssis 2011-ci ildən bəri "Mançester Siti"nin gənclərdən ibarət komandasını çalışdıran Patrik Vieyradı. Bunu "The Sun" nəşri iddia edib. Vieyranın iyundan etibarən Bielsanı əvəz edəcəyi gözlənilir.
Qeyd edək ki, 34 turdan sonra aktivində 57 xalı olan "Olimpik" Fransa Liqa 1-də 5-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp