Türkiyə nəhəngi "Qalatasaray" "Liverpul"un futbolçusunu transfer etməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, Qlen Consondan söhbət gedir. 
O, mövsümün sonunda İngiltərə klubunu tərk edəcək."Fanatik"in məlumatına görə, sağ cinah müdafiəçisi axtaran istanbullular ingilis futbolçu ilə anlaşmaq üzrədi. Consonun son açıqlaması da İstanbul klubunu hərəkətə keçirib: "Daxili çempionatında güclü olan və avrokuboklarda iştirak edən bir komandaya transfer olacam".
Conson təklifi qəbul etsə, onun keçidi türklərə havayı başa gələcək. Belə ki, o, mövsümün sonunda azad agent statusuna keçəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp