Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükürün başı dərddədi. Futbolinfo.az xəbər verir ki, hakim Mətin Özçelik və Mustafa Başerə təzyiq etdikləri iddia olunan 20 deputat haqqında aparılan istintaqın qaranlıq məqamları üzə çıxıb. 
Şübhəli bilinən deputatlar arasında “Qalatasaray”ın veteran futbolçusu, hazırda bitərəf deputat kimi işləyən Hakan Şükürün də adı var. Türkiyə mətbuatının yazdığına görə, "Mütəşəkkil şəkildə səlahiyyətli şəxslərə təzyiq" və "Təşkilat üzvü olmaq" iddiası ilə başlanan istintaqda kamera görüntülərinin sübut kimi olduğu iddia edilir. Şükür haqqında istintaq materiallarının Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.
Xatırladaq ki, aprelin 25-də “Paralel dövlət”in 75 üzvünü məhkəmə qərarı ilə azad etdirmək istəyən 20 deputat prokuror Orxan Güldikərin otağına girərək prokurora təzyiq göstəriblər.
Shares: