Münhen “Bavariya”sı azarkeşləri üçün sevindirici məlumat yayıb. Futbolinfo.az xəbər verir ki, Almaniya kubokunun yarımfinalı çərçivəsindəki "Borussiya" ilə matçda üst çənə sümüyü çıxan və burnundan zədə alan Robert Levandovskinin zədəsi ciddi deyil. 
Belə ki, o, Çempionlar Liqasında "Barselona" ilə matçda meydana çıxa biləcək. Bu haqda alman klubunun baş direktoru Karl Haynts Rummeniqqe məlumat verib: "Levandovskinin "Barselona" ilə görüşdə meydana çıxması üçün xüsusi maska hazırlanır. Əminəm ki, o, oynaya biləcək. Ribberiyə gəlincə isə, həkimlər onu lazımı formaya gətirmək üçün mümkün olan hər şeyi edirlər".
Qeyd edək ki, “Barselona” ilə oyun mayın 6-da keçiriləcək.
Shares: