Türkiyə PTT 1-ci Liqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma azarkeşlər önündə "Adana Dəmirspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Adı matçın iştirak ərizəsinə salınan hücumçumuz isə meydana çıxmayıb.
"Qeyd edək ki, "Manisaspor"  29 xalla  15-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp