“Bayer”in türkiyəli müdafiəçisi Ömər Toprak yayda klubunu dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, Madrid “Atletiko”su 26 yaşlı futbolçu ilə yaxından maraqlanır.
İspaniya təmsilçisi yaxın günlərdə qarşı tərəfə rəsmi təkliflə müraciət etməyi planlaşdırırlar. Ancaq La Liqa klubunun bu istəyi həyata keçməyə də bilər. Çünki Toprakın “Bayer”lə 2018-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, 2011-ci ildən Leverkuzen klubunun formasını geyinən Ömər cari mövsümdə ümumilikdə 37 oyunda 1 qola imza atıb. Təcrübəli müdafiəçi Türkiyə millisində isə 23 matçda 2 dəfə forma geyinib.