Ötən gün futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, MOİK öz meydanında lider “Neftçala”nı qəbul edib. İlk hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatsa da, ikinci yarıda əyalət təmsilçisi rəqibinin qapısından 4 cavabsız top keçirməyə müvəffəq oldu.
Bu qələbədən sonra komanda çempionatın sonrakı matçlarının nəticəsindən asılı olmayaraq, ilk 2 pillədən birini təmin edib. 69 xala malik “Neftçala” çempionatda çıxışını dayandıran “Lokomotiv”lə oyunu da qalıb. Bu da o deməkdi ki, əyalət təmsilçisi bütün qarşılaşmalarda uduzsa belə, 72 xalı olacaq. Əgər Neftçala klubu AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələrsə, onlar növbəti mövsümdən Premyer Liqada çıxış edə bilərlər. Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Kamal Quliyev qarşılaşma və komandanın gələcəyi ilə bağlı saytımıza müsahibə verib:
– İlk hissədə komanda sönük oyun nümayiş etdirsə də, 2-ci yarıda rəqibin müqavimətini qıra bildiniz. Matçla bağlı fikirlərinizi bilmək istərdik…
– “Rəvan”la ağır oyundan sonra bəzi futbolçulara istirahət vermişdim. Bu da oynumuzda özünü göstərdi. Ancaq MOİK kimi komandalara qarşı oynamaq bir az çətindi. Çünki rəqib hücum etmir. Amma biz də 1-ci hissədə uğurlu çıxış etmədik. Bu tip komandalarla oyuna köklənmək bir az çətindi. Həmçinin, mövsümün sonudu. Bu, futbolçularda özünü biruzə verir. Amma ən önəmlisi 3 xaldı. Onu da əldə etdik. Oyunumuzda narazı qaldığım məqamlar oldu.

– Necə düşünürsünüz, çempionatda əsas rəqiblərinizdən olan “Rəvan”ı ötən turda məğlub etdikdən sonra futbolçular eyforiyaya qapılmamışdıkı?
– Bu da ola bilər. İlk yarıdan sonra futbolçular soyunub-geyinmə otağında sanki, qapanmşdılar. Elə bil ab-havadan çıxa bilmirdilər, özlərindən razılıq artıb və işlərinin 90 faiz həll olunduğunu düşürdülər. Bu cür hallar əlbətdə, komandaya da təsir edir. Amma etdiyimiz söhbətlər və əvəzetmələrlə oyunu ələ ala bildik. Bundan əlavə, meydança amili və rəqibin həvəssiz oyunu və s. amillər var ki, oyunumuza təsir etdi.

– “Rəvan”la qarşılaşmada bütün oyunu ayaq üstə futbolçulara qışqıraraq göstəriş verirdiniz. Ancaq bu dəfə buraxılan qola kimi sakitcə yerinizdə əyləşmişdiniz…
– Bilirsiz, belə komandalarla matçda da qışqırsan daha nə noldu? Düzdü, MOİK gənc futbolçulardan qurulmuş komandadı və bu gün bir neçə aparıcı oyunçusu iştirak etmirdi. Ancaq biz də çempionluq uğrunda mübarizə aparırıq. Yəni, mən də matçı sakitcə izləmək istəyirdim. Heç olmasa, 1 qarşılaşmada da olsa qıraqdan komandanın oyununa baxıb, ləzzət almağı düşünürdüm. Bu tip komandalarla görüşlərdə futbolçular özlərini çox rahat aparmalı, öz oyunlarından zövq almalıdılar. Amma gördüm ki, xeyri yoxdu, yenə də danlşmalıyıq, yenə də qışqırmalıyıq. Çünki indi vəziyyət çətindi.

– Komandanız qolu buraxandan sonra əsəbləşdiz və sanki kimisə təhqir etdiniz. Maraqlıdı, o söyüşlərin hədəfi kimlər idi?
– Mən heç vaxt futbolçunu söymərəm. Ola bilər özüm-özlüyümdə nəsə deyə bilərəm. Onlar mənim kiçik qardaşlarımdı. Mən o səviyyənin insanı deyiləm. Biz burda bir ailə yaratmışıq. Əgər futbolçulardan kiməsə qarşı söyüş işlədərəmsə, elə bilərəm ki, öz qardaşımı – ailə üzvümdən birini təhqir etmiş olaram.

– Əgər “Neftçala” gələn mövsüm Premyer Liqada iştirak edərsə və siz də komandanın başında olsanız, çempionatda əsas hədəfiniz nə olacaq?
– Mən bunu dəfələrlə demişəm ki, bizim əsas məqsədimiz Azərbaycan futboluna yeni bir dəst-xətt gətirmək, digər komandalardan öz oyun üslubumuza görə seçilməkdi. Başqalarının oynadığı sistemdən fərqli bir sistem seçmişik. Əsas hədəfimiz bütün komandalara qarşı müabarizə aparmaqdı. Onlara sübut etmək istəyirik ki, biz 1-ci divizionda elə-belə çempion olmamışıq. Komandada oynayan gənc, potensiallı futbolçuları ölkə futboluna qazandırmaq istəyirik. Digər komandaları bizim ifamızda gözəl oyun gözləyir. Premyer Liqada qapazaltı olub, yenidən 1-ci diviziona qayltmaq istəmirik və normal sıralarda olmağı düşünürük. Gücümüzün və ən əsası büdcəmizin çatdığı qədər mübarizə aparacağıq.
– “Araz-Naxçıvan”da ötən il 1-ci divizionda çempion olub, Premyer Liqaya vəsiqə qazandı. Ancaq komanda mövsümlərarası fasilədə demək olar ki, heyətini gücləndirmədi və uğursuzluğa düçar oldular. Bu uğursuz nümunə sizə bir işarədimi? Yayda komandaya yeni futbolçular dəvət edəcəksinizmi?
– Premyer Liqada çıxış edəcəyiksə, bu, mütləq şəkildə vacibdi. Rəhbərliklə bu barədə söhbət etmişik. Əgər komanda elitada çıxış edəcəksə, heyətə ustalıq səviyyəsi yüksək olan təcrübəli və gənc futbolçular dəvət olunmalıdı. Hansı ki, daimi olaraq əsas heyətdə çıxış edirlər. Fərqi yoxdu, istər yerli, istərsə də legioner. Bu barədə biz indidən artıq öz işlərmizi yavaş-yavaş görməyə başlamışıq. Ən azı 4 legioner futbolçu komandaya cəlb olunacaq. Digər mövqelərə isə qeyd etdiyim kimi gənc və potensiallı futbolçuları cəlb edəcəyik. Bizim tam fərqli bir planımız və rəhbərliyimiz var. 1-ci divizion təmsilçisi olmağımıza baxmayaraq, Premyer Liqanın liderlərini çıxmaq şərtilə, bizim digər komandalar kimi şəraitimiz var. İstənilən vaxt təlim-məşq tolanışına getmək, oyundan 1 gün öncə bir yerdə qalmaq və s. Bunlar üçün maliyyə vəsaiti lazımdı. Sağ olsun klub rəhbərliyi, çox iş gördü. Biz də bunun müqabilində onların əziyyətini itirmədik və onlara layiq olan bir yerdə qərarlaşmışıq. Əsas məqsədimiz liqaya çıxıb, daha da təkmilləşib, irəliyə getməkdi.

ELMAR ABDULLA-ZADƏ