Madrid “Real”ının həkimlər korpusu komandaya sevindirici xəbər verib. Futbolinfo.az xəbər verir ki, İspaniya La Liqasında növbəti turun hazırlıqlarına start verən "qalaktikos”un aparıcı üzvü Qaret Beyl zədəsini sağaldıb. 
Klubun saytında uelsli yarımmüdafiəçi bu gün komanda ilə ümumi qrupda məşqlərə başladığı bildirilib. 2 həftədi ki, yaşıl meydanlardan uzaq qalan yarımmüdafiəçi daha 1 həftə müalicə alacağı proqnozlaşdırılsa da, o, bərpa prosesini sürətlə keçib. 25 yaşlı futbolçunun La Liqanın 35-ci turunda meydanda olacağı gözlənilir.
Shares: