“Xəzər Lənkəran”ın ukraynalı futbolçusu Andrey Saxneviç bu gün klubun düşərgəsini tərk edəcək. Futbolinfo.az xəbər verir ki, bəzi problemlər səbəbindən futbolçu cənub klubunu heyətində qala bilməyib.
Belə ki, ukraynalının ailəsi Rusiyanın Perm şəhərinə köçüb. Bu səbəbdən də futbolçu ora gedib, ailəsinin yanında qalacaq. Həmçinin o, Rusiyadan təklif alıb və orda oynamaq istəyir.
Qeyd edək ki, 182 sm boya malik olan Saxneviç 2005-2009-cu illər aralığında müvafiq olaraq, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub. O, 2013-2014-cü illərdə Zaporojye "Metallurq"unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu.