Oyun zamanı meydanda ürəyi dayanan Belçikanın “Lokeren” klubunun futbolçusu Qreqori Mertenslə bağlı yeni məlumat yayılıb. Futbolinfo.az xəbər verir ki, həkimlər onun həyatını xilas edə bilməyib.
Belə ki, “Genk”in əvəzedici komandasına qarşı matçın 25-ci dəqiqəsində halı pisləşərək, yerə yığılan futbolçu dərhal xəstəxanaya aparılsa da, 3 gün komada qalıb və dünən gecə saatlarında dünyasını dəyişib. 
Qeyd edək ki, Belçikanın U-21 millisinin sabiq oyunçusu Mertens bu mövsüm “Lokeren”də 18 oyunda iştirak etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp