İspaniya La Liqasında 34-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda doğma azarkeşlər önündə "Espanyol"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yarımmüdafiəçimizin adı oyunun iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, “Qranada” hazırda 25 xalla 19-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp